Rumıniyada aramsız yağan yağışlar daşqınlara səbəb olub

Rumıniyada aramsız yağan yağışlar daşqınlara səbəb olub
# 23 iyun 2010 04:45 (UTC +04:00)
Bakı-APA. Rumıniyada aramsız yağan yağışlar daşqınlara səbəb olub.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə Rumıniyanın 30 şəhəri su altında qalıb. Hadisə nəticəsində bir nəfər ölüb və bir nəfər isə itkin düşüb.
Daşqınlar daha çox bu ölkənin mərkəzi və şimal-qərb regionlarına ziyan vurub.
Тəbii fəlakətlə mübarizə aparmaq üçün könüllü dəstələr fövqəladə hallar xidmətinə kömək edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR