Türkiyə XİN-in yeni sözçüsü fəaliyyətə başlayıb

Türkiyə XİN-in yeni sözçüsü fəaliyyətə başlayıb
# 04 avqust 2010 14:49 (UTC +04:00)
Bakı – APA. Türkiyə Xarici İşlər Nazirliyinin yeni sözçüsü Səlcuq Ünal rəsmən fəaliyyətə başlayıb. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, əvvəlki sözçü Burak Özügərgin Xorvatiyaya səfir göndərildikdən sonra bu vəzifəyə S. Ünal gətirilib.

S. Ünal 1971-ci ildə Ankarada doğulub. Ankara Universiteti siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr bölməsini bitirib. Türkiyə XİN-də 1992-ci ildə fəaliyyətə başlayıb. 1995-ci ildə Türkiyənin Qatardakı səfirliyində attaşe, üçüncü katib, 1997-ci ildə İrlandiyadakı səfirlikdə üçüncü katib, ikinci katib, 2000-ci ildə XİN-in Orta Şərq İdarəsində ikinci katib, baş katib, 2002-ci ildə Türkiyənin BMT-nin Cenevrə ofisindəki nümayəndəliyində baş katib, aparat rəhbəri və son olaraq 2008-ci ildən etibarən ölkənin BMT-dəki daimi nümayəndəliyində aparat rəhbəri vəzifələrində çalışıb. Evli olan S. Ünal ingilis və fransız dillərini bilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR