Gürcüstan prezidentinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib

Gürcüstan prezidentinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib
# 05 avqust 2010 13:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Rustavi-2” telekanalının əməkdaşı Natiya Bandzeladze Gürcüstan prezidentinin mətbuat xidmətinin rəhbəri təyin olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, jurnalist N. Bandzeladze bu vəzifədə Alana Qaqloyevanı əvəzləyib. A. Qaqloyeva prezidentin müşaviri kimi mətbuatla işi davam etdirəcək.

Xatırladaq ki, bir neçə ay əvvəl Gürcüstan prezidenti “İmedi” televiziyasının redaktoru Manana Mancqaladzeni özünün mətbuat sözçüsü vəzifəsinə gətirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR