Bosniya və Herseqovina 4 ildən sonra NATO-ya daxil olacaq

Bosniya və Herseqovina 4 ildən sonra NATO-ya daxil olacaq
# 31 avqust 2010 01:59 (UTC +04:00)
Bakı-APA. Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay ölkəsinin yaxın 4 ildə NATO-ya daxil ola biləcəyini və 10 ildən sonra Avropa İttifaqına inteqrasiya olunacağını bildirib.

Avropa İttifaqı və NATO-ya daxil olmaq Sarayevo rəsmilərinin əsas xarici siyasi prioritetidir. Hələ də beynəlxalq administrasiyanın mövcud olduğu ölkə (Ali nümayəndə aparatı) hələ ki, Avropa İttifaqına üzvlük üçün ərizə verməyib. 2010-cu ildə Bosniya və Herseqovina NATO-ya daxil olmaq üçün namizədliyini irəli sürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR