Paris aeroportunda yanacaq tükənir

Paris aeroportunda yanacaq tükənir
# 16 oktyabr 2010 23:23 (UTC +04:00)
Bakı-APA. Fransada həmkarlar ittifaqları hökumətin dövlət təqaüdü yaşını 60-dan 62-ə qaldırmaq planlarına etiraz olaraq növbəti kütləvi nümayişlər keçirir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, nümayişlərdə iştirak edən tələbələr gəclər üçün iş yerlərinin az olacağından ehtiyatlandıqlarını deyirlər.
Tətillər nəticəsində bütün neftayırma zavodları bağlanıb, ölkənin benzindoldurma məntəqələrində təşviş yaşanır.
Nəqliyyat rəsmiləri deyir ki, Parisin əsas Şarl de Qol aeroportu çərşənbə axşamınadək yanacaqsız qala bilər.
Polis şənbə günü keçirilən nümayişlərdə 20 min adamın iştirak etdiyini deyib.
Paris aeroportlarını yanacaqla təchiz edən Trapil şirkəti Fransa mediasına bildirib ki, təchizatın gəlməsi azalıb və Şarl de Qol aeroportu bir neçə gün ərzində yanacaqsız qalacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR