Üsama bin Laden Fransaya hədə-qorxu gəlir

Üsama bin Laden Fransaya hədə-qorxu gəlir
# 27 oktyabr 2010 20:17 (UTC +04:00)
Bakı-APA. “Bir nömrəli terrorçu” sayılan Üsama bin Laden Fransanı xəbərdar edib ki, əgər Paris Əfqanıstandan öz qoşunlarını çıxarmasa və müsəlmanlara qarşı ədalətsizliyə son qoymasa “Fransa ərazisi daim təhlükəli olacaq”.
APA-nın RFİ radiosuna istinadən verdiyi xəbərə görə, Əl Qaidə liderinin fransalılara audio müraciətini Əl-Cəzirə telekanalı yayıb. Müraciətdə bin Laden Fransa hökumətini qadınların İslam qaydaları ilə geyimlərinə qadağa qoyması, Şimali və Qərbi Afrika müsəlman ölkələrin daxili işlərinə müdaxilə etməsinə görə pisləyir.
Müraciətdə Nigerdə sentyabrın 16-da Əl Qaidə tərəfindən beş fransalını girov götürülməsini xatırladan bin Laden deyib ki, bu Fransanın müsəlmanlara qarşı apardığı siyasətinə cavab olaraq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR