Estoniya rəsmən Avrozonaya üzv olub

Estoniya rəsmən Avrozonaya üzv olub
# 03 yanvar 2011 08:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Estoniya Avrozonaya daxil olan sayca 17-ci ölkə olub. «APA-Economics»in «France-Presse» agentliyinə istinadən verdiyi məlumata görə, cari ilin yanvarın 1-dən etibarən Estoniya vahid valyutaya (avroya) keçib. Sözügedən ölkədə avro yerli kronu əvəz edəcək. Ötən ilin dekabr ayında estonlar kronları avroya dəyişə biliblər. Eyni zamanda, 2011-ci ilin ilk iki həftəsi ərzində də Estoniya əhalisi avroyla yanaşı hələ də krondan istifadə edə biləcək. Ölkə əhalisinin banklardakı vəsaitinə gəldikdə isə, onlar avtomatik olaraq avroya çevriləcək. Qeyd edək ki, Estoniya 2004-cü ildə Avropa İttifaqına üzv seçilib və 3 ildən sonra Şengen zonasına daxil olub. Ölkənin vahid valyutaya keçməsinə dair qanun layihəsi 2010-cu ilin mart ayında qəbul edilib, həmin ilin may ayında isə Avropa Komissiyası Estoniyanın Avrozonaya qəbul edilməsini tövsiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR