Gürcüstan hökuməti ermənilərin gürcü brendlərini mənimsəməsi faktlarını araşdıracaq

Gürcüstan hökuməti ermənilərin gürcü brendlərini mənimsəməsi faktlarını araşdıracaq
# 04 yanvar 2011 16:18 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın Patent Xidməti gürcü brendlərinin ermənilər tərəfindən mənimsənilməsi və Fransada erməni məhsulu adı altında pərakəndə satışa çıxarılması ilə bağlı araşdırma aparacaq. APA-nın “Business Qruziya” portalına istinadən verdiyi məlumata görə, “Gürcüstanpatent”in rəhbəri İrakli Qvaladze müvafiq araşdırmadan sonra bu məsələyə münasibət bildirəcəklərini açıqlayıb.

İ. Qvaladze deyib ki, Ermənistanın gürcü brendlərini özününküləşdirmə cəhdləri əvvəllər də olub: “Konkret sonuncu fakta gəldikdə, biz bu informasiyanı lazımi qaydada yoxlayacaq və reaksiya verəcəyik. Xüsusən aydınlaşdırmaq lazımdır ki, ayrı-ayrıl brendlər Fransada ticarət markası kimi təqdim edilib, yoxsa bu məhsulların sadəcə adları belə olub”.

Qeyd edək ki, Fransada yaşayan gürcülər bu ölkənin müxtəlif pərakəndə satış mərkəzlərində gürcü brendlərinin erməni məhsulu kimi satışa çıxarıldığını deyiblər. Belə ki, “Saperavi” şərabı erməni içki markası, “Çurçxela” adlanan donmuş və fındıqlı üzüm şirəsi erməni möcüzəsi, “Tone” adlı gürcü çörəyi erməni çörəyi, gürcü xaçapuriləri isə “Xaçaturyan” kimi təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR