Afinada nəqliyyat işçilərinin tətilləri davam edəcək

Afinada nəqliyyat işçilərinin tətilləri davam edəcək
# 11 yanvar 2011 01:52 (UTC +04:00)
Bakı-APA. Qarşıdakı 3 gündə Afina nəqliyyatı normal rejimdə işləməyəcək. Nümayişlər gələn həftə də davam etdiriləcək. Bu barədə Yunanıstanın nəqliyyat işçilərinin həmkarlar ittifaqından bildirilib.

Yanvarın 11-də yerli vaxtla 11-dən 15.30-dək avtobuslar, 11-dən 15-dək trolleybuslar, 12-dən 16-dək metronun xətlərindən biri işləməyəcək.

Yanvarın 12-də metronun xətlərindən biri 24 saat, digər ikisi 8 saat, avtobus, trolleybus və tramvaylar 4 saat işləməyəcəklər. Nəhayət, yanvarın 13-də bütün nəqliyyat növbəti 24 saat işləməyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR