Gürcüstanda hərbi bazada partlayış baş verib, 3 nəfər ölüb

Gürcüstanda hərbi bazada partlayış baş verib, 3 nəfər ölüb
# 11 yanvar 2011 11:15 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə - APA. Gürcüstanın Krtsanisi hərbi bazasında partlayış baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən təlim zamanı 120 mm-lik mina partlayıb. Nəticədə 3 əsgər həlak olub, 13 hərbçi isə yaralanıb. Faktla bağlı cinayət işi qaldırılıb. Gürcüstan Müdafiə Nazirliyinin hərbi polisi və Baş Müfəttişliyi araşdırmalara başlayıb. Yaralılardan 4-nün durumu ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR