İtaliya baş nazirinin toxunulmamazlıq hüququ yoxlanılır

İtaliya baş nazirinin toxunulmamazlıq hüququ yoxlanılır
# 11 yanvar 2011 19:49 (UTC +04:00)
Bakı-APA. İtaliyanın baş naziri Silvio Berluskoni bu həftənin sonuna qədər onun məhkəmə təqibindən malik olduğu immunitetin nə dərəcədə Konstitusiya ilə uyğun gəlməsini aydınlaşdırmalıdır.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Berluskoniya qarşı korrupsiya və fırıldaqçılıq maddəsi ilə ittihama görə başlamış məhkəmə prosesi yeni qanun qəbul olunandan sonra təxirə salınıb.
Berluskoninin opponentləri iddia edirlər ki, həmin qanun onu qanunvericiliyin fövqündə saxlayır.
Hazırda İtaliya məhkəməsində tərəflərin iştirakı ilə dinləmələrə başlanılıb.
Silvio Berlusconi mühakimə edilən şəxs kimi iki məhkəmə prosesində iştirak edir - onlardan birisi korrupsiya ilə bağlıdırsa, o birisində fırıldaqçılıq ittihamı araşdırılır.

Lakin məhkəmə proseslərinin hər 2-si keçən il dayandırılıb. Buna səbəb Baş Nazirə onun vəzifədə olduğu dövrdə mühakimə olunmaqdan immunitet hüququ verən qanun qəbul edilməsi olub.

Başqa sözlə, immunitetin qüvvəsi müəyyən bir müddət çərçivəsini aşmır.
Qanunu hazırlayıb təqdim edənlər bildiriblər ki, məhkəmə dinləmələrində iştrak edəcəyi halda, Berluskonin özünün Baş Nazir səlahiyyətlərini yerinə yetirmək mümkünsüz olacaq.
Lakin opponentlər deyir ki, yaranmış hal, Baş Nazirin öz maraqlarına xidmət edən qanunların qəbul edilməsinin daha bir sübutudur. Və onun məqsədi - ədalət məhkəməsindən yaxa qurtarmaqdır.

Beləliklə, indi Konstitusiya Məhkəməsinin 15 hakimi immunitet haqqında qanunun qanunvericiliyə nə dərəcədə uyğun gəlməsini yoxlamalıdır.
Berluckoni bu prosesi uduzarsa, ona qarşı məhkəmənin bərpa ediləcəyi, demək olar ki, qaçılmazdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR