Ketrin Eşton Türkiyəyə gəlir

Ketrin Eşton Türkiyəyə gəlir
# 13 yanvar 2011 03:58 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bu gün İstanbula gəlir. Müzakirə olunacaq məsələlər arasında burada «altılıq» və İran arasında keçiriləcək danışıqlara hazırlıq da var.

Səfər barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun yaydığı kommünikedə bildirilir ki, səfər çərçivəsində Türkiyə və Avropa İttifaqının əlaqələri də müzakirə olunacaq.

Qeyd edək i, İran yanvarın 21-i və 22-si İstanbulda nüvə proqramı ilə bağlı danışıqlar keçirməyə razı olduğun bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR