Albaniyada baş vermiş qarşıdurmada 3 nəfər həlak olub

Albaniyada baş vermiş qarşıdurmada 3 nəfər həlak olub
# 21 yanvar 2011 22:53 (UTC +04:00)
Bakı-APA. Albaniyada polis və nümayişçilər arasında baş vermiş qarşıdurma 3 nəfərin ölümü ilə nəticələnib.

Bundan əlavə 22 nümayişçinin və 17 polisin yaralandığı bildirilir. Bir neçə avtomobil də yandırılıb.

Etirazçılar Albaniya hökumətinin binasına tərəf irəliləmək istədikdə onlara atəş açılıb. Ondan əvvəl polislər gözyaşardıcı qaz və suvuranlardan istifadə ediblər.

Tirana küçələrində kütləvi etirazlar müxalifətçi Sosialist partiyası tərəfindən təşkil olunub. Nümayişçilərin əsas tələbi 2009-cu il iyunun 28-də keçirilmiş seçkilərin nəticələrinin saxtalaşdırılmasının araşdırılmasıdır. Həmin seçkilərdə ölkənin baş naziri Sali Berişanın başçılıq etdiyi Demokrat partiyası qalib gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR