Sali Berişa: “Müxalifət dövlətə qarşı terror hücumu təşkil edib”

Sali Berişa: “Müxalifət dövlətə qarşı terror hücumu təşkil edib”
# 22 yanvar 2011 02:58 (UTC +04:00)
Bakı-APA. Albaniya baş naziri Sali Berişa ölkədəki etiraz aksiyalarını kəskin tənqid edib. Berişa Sosialist partiyasının sədri Edi Ramanı dövlətə qarşı terror hücumu təşkil etməkdə günahlandırıb. “Edi Rama etiraz aksiyası deyil, dövlətə qarşı terror aksiyası təşkil edib”, deyə Berişa bəyan edib. Baş nazir həmçinin iğtişaşlar zamanı ölənlərin sayının 4 deyil, 3 olduğunu bildirib.

Qeyd edək ki, Albaniyada etiraz aksiyaları müxalifətçi Sosialist partiyasının çağırışı ilə seçki saxtakarlığı ilə mübarizə adı altında təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR