Alban prokurorluğu altı polis əməkdaşının həbsinə dair sanksiya verib

Alban prokurorluğu altı polis əməkdaşının həbsinə dair sanksiya verib
# 23 yanvar 2011 00:45 (UTC +04:00)
Bakı-APA. Alban prokurorluğu Tiranada cümə günü nümayişi dağıdan zaman öz səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən 6 nəfər polis əməkdaşının həbsinə dair sanksiya verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nümayişi dağıdan zaman 3 etirazçı qətlə yetirilib.
Xatırladaq ki, cümə günü 20.000 müxalifət tərəfdarlarının Sali Berişa hökumətinin istefası tələbi ilə Tirananın mərkəzinə hökumət binasının qabağında yığışmışdır.
Bir qrup etirazçı aksiyadan ayrılaraq polisə daş və taxta parçaları atması, avtomobillərin yandırılması nəticəsində iğtişaş yaranmışdır. Polis cavab olaraq gözyaşardıcı qazdan istifadə edib, və silahdan atəş açmışdı.
Toqquşmalar nəticəsində 3 nəfər həlak olub, 60 xəsarət alıb. Ölənlərin hamısı güllə yarası alıb.
6 polisin həbsi ilə yanaşı, hökumət nümayişi dağıdan başqa polis əməkdaşlarını mükafatlandırmaq barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR