Albaniyada etiraz nümayişləri davam edəcək

Albaniyada etiraz nümayişləri davam edəcək
# 23 yanvar 2011 02:09 (UTC +04:00)
Bakı-APA. Albaniyanın müxalif Sosialist partiyası hökumət əleyhinə etiraz aksiyalarını gücləndirəcəyinə söz verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Tiranada təşkil edilmiş nümayişlərdən bir gün sonra ölkənin baş naziri müxlifəti dövlət çevrilişinə cəhddə ittiham edib.
Xatırladaq ki, Tiranada nümayişçilərin polislə toqquşması nəticəsində 3 nəfər həlak olub, 39 nəfər yaralanıb. Sosialist partiyasının lideri və Tirana şəhərin meri Edi Rama jurnalistlərə bildirib ki, ölənlərin xatirəsi anılandan sonra etiraz nümayişləri davam edəcək.
Albaniya paytaxtının küçələrinə çıxan 20 min insan hökuməti korrupsiya və seçki saxtakarlığında ittiham edərək istefaya çağırmışdı. Albaniya baş naziri Sali Berişa müxalifəti “Tunis üslublu” çevriliş etməyə cəhddə günahlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR