Gürcüstanın ilk prezidentinin öldürüldüyü açıqlanıb

Gürcüstanın ilk prezidentinin öldürüldüyü açıqlanıb
# 24 yanvar 2011 15:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. “Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiya özünə qəsd etməyib, öldürülüb”. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Z. Qamsaxurdiyanın ölümünü araşdıran parlament komissiyasının sədri, sabiq prezidentin oğlu, parlamentdə müxalifət fraksiyasını təmsil edən Konstantin Qamsaxurddiya bəyan edib. O bildirib ki, bir neçə ay ərzində aparılan araşdırmalar belə qənaətə gəlməyə əsas verir ki, prezident qətlin qurbanı olub.

Xatırladaq ki, Z. Qamsaxurdiya 1993-cü il dekabrın 31-də gizləndiyi Sameqrelo vilayətinin kəndlərinin birində müəmmalı şəkildə ölüb. Onun həbsin qaçılmaz olduğunu anlayaraq özünü tapança ilə vurduğu bildirilmişdi.

Parlament komissiyası hesab edir ki, Zviad Qamsaxurdiya o vaxtkı Gürcüstan rəhbərliyinin tapşırığı, yaxud da Rusiya xüsusi xidmət orqanlarının təşəbbüsü ilə qətlə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR