Prezident İlham Əliyev “Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşüb

Prezident İlham Əliyev “Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşüb
# 26 yanvar 2011 20:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Davosda “Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşüb. Bu barədə APA “Azərtac”a istinadən məlumat verir.

“Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirib. Xanım Sun Yafanq qeyd edib ki, bu şirkət hazırda Azərbaycan ilə müəyyən sahələrdə fəal əməkdaşlıq qurub. O, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində “Huawei Technologies” Korporasiyasının Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Dövlət başçısı şirkətin Azərbaycan ilə fəal işləməsindən və sonuncu “Bakutel” sərgisində də iştirak etməsindən məmnun olduğunu deyib. Prezident İlham Əliyev “Huawei Technologies” Korporasiyasının Azərbaycanda fəaliyyətini genişləndirəcəyinə ümidvar olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR