İnterpol Tunisin eks-prezidentinin həbsi barədə sorğu yayıb

İnterpol Tunisin eks-prezidentinin həbsi barədə sorğu yayıb
# 26 yanvar 2011 22:48 (UTC +04:00)
Bakı-APA. Tunis hakimiyyətinin müraciəti əsasında İnterpol bu ölkənin devrilmiş prezidenti Zin əl-Abidin bin Əli və onun ailəsinin həbsi barədə sorğu yayıb. Zin əl-Abidin bin Əli və onun ailəsi külli miqdarda dövlət əmlakını oğurlamaqda və maliyyə fırıldaqlarında ittiham olunurlar.

Tunis bir gün əvvəl Zin əl-Abidin bin Əlinin həbsinə beynəlxalq order vermişdi.

Bir ay davam edən işsizlik və yoxsulluq əleyhinə keçirilən nümayişlərdən sonra keçmiş prezident yanvarın 14-də ölkədən qaçıb.

Tunisdə bir ay ərzində baş vermiş qarşıdurmalar nəticəsində 78 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR