İran səfiri Hollandiya Xarici İşlər Nazirliyinə çağırılıb

İran səfiri Hollandiya Xarici İşlər Nazirliyinə çağırılıb
# 29 yanvar 2011 19:59 (UTC +04:00)
Bakı-APA. İran səfiri Hollandiya vətəndaşı Zəhra Bəhraminin Tehranda edamı ilə bağlı Amsterdamdakı İran səfiri Hollandiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, İran hökuməti bildirib ki, Bəhrami qaçaqmalçılıq və narkotrafik ittihamı ilə edam edilib.

46 yaşlı Behrami İrana qohumlarını ziyarət etməyə gəlmişdi və 2009-ci ilin dekabrında hökumət əleyhinə nümayişlərdə iştirak edən zaman həbs edilib.
Öncə ona bir il azadlıqdan məhrum etmə qərar çıxarılmışdı, lakin sonradan narkotik qaçaqmalçılığı ittihamı ilə ölüm cəzasına məhkum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR