Doku Umarovun qardaşı İtaliyada həbs olunub

Doku Umarovun qardaşı İtaliyada həbs olunub
# 31 yanvar 2011 07:12 (UTC +04:00)
Bakı-APA. Çeçen silahlılarının lideri Doku Umarovun qardaşı Ruslan Umarov dünən İtaliyada həbs olunub. APA-nın məlumatına görə, İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları Ruslan Umarovu Fransadan İtaliyaya gələn sərnişin qatarında həbs ediblər. Umarovun İtaliyaya getməsi barədə məlumatı bu ölkənin hüquq-mühafizə orqanlarına Fransa xüsusi xidmət orqanları ötürüb. Doku Umarovun qardaşının İtaliyadan qaçqın statusu almağa hazırlaşdığı bildirilir. Ona qarşı hansı ittihamların irəli sürüləcəyi açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR