Yunan fermerləri Bolqarıstanla sərhədi bağlamağa cəhd ediblər

Yunan fermerləri Bolqarıstanla sərhədi bağlamağa cəhd ediblər
# 08 fevral 2011 00:52 (UTC +04:00)
Bakı-APA. Yunan polisləri etiraz edən fermerlərin Bolqarıstanla sərhədi bağlamaqlarına mane olublar.

Fermerlər sərhədi bağlamaq üçün 120-dən artıq traktorda «Promaxonas» sərhəd-buraxılış məntəqəsinə keçərək sərhədi bağlamağa cəhd ediblər, lakin onların yolunu polis maşınları kəsib. Altı etirazçı həbs olunub.

Fermerlər hakimiyyətdən ƏDV-nin, yanacaq subsidiyalarının qaytarılmasını, ziyanverici həşəratların vurduğu ziyanın ödənilməsini, kənd təsərrüfatı mallarına zəmanətli qiymət istəyirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR