İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini bərpa edib

İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini bərpa edib
# 21 fevral 2011 12:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İsrailin Gürcüstandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. APA-nın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, səfirlik bir həftə fəaliyyət göstərməyib. Bunun səbəbi rəsmi olaraq açıqlanmasa da, qeyri-rəsmi versiyalara əsasən səfirliyin bağlanmasına səbəb “Hizbullah” liderlərindən birinin öldürülməsinin ildönümü ilə əlaqədar İsrail obyektlərinə qarşı terror təhlükəsi ehtimalı olub.

Fevralın 11-də İsrail Antiterror Bürosu ölkə vətəndaşlarını terror təhlükəsi ilə əlaqədar Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyəyə səfər etməməyə çağırıb. Ötən həftə İsrail Türkiyə və Venesueladakı səfirliklərinin fəaliyyətini dayandırıb. Azərbaycanda da İsrail səfirliyi iki gün çalışmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR