Afinada baş vermiş qarşıdurma nəticəsində 20 nəfər saxlanılıb

Afinada baş vermiş qarşıdurma nəticəsində 20 nəfər saxlanılıb
# 23 fevral 2011 19:27 (UTC +04:00)
Bakı-APA. Afinada baş verən qarşıdurma nəticəsində 20 nəfər saxlanılıb, ən azı 5 nəfər isə xəsarət alıb. Bu barədə yerli polis məlumat verib.

Afinanın mərkəzində parlament qarşısında keçirilən çoxminlik mitinqdən sonra onlarla anarxist polisə hücum ediblər. Hücumlar qonşu küçələrdə də bir neçə saat ərzində davam edib. Anarxistlər polisə Molotov kokteyli atıblar, polis isə gözyaşardıcı qazdan istifadə edib.

Yunanıstanın ikinci böyük şəhəri olan Salonikdə də toqquşmalar baş verib. Xəsarət alanların sayı barədə məlumat verilmir.

Bu gün Afina və Salonikdə on minlərlə insan hökumətin büdcə xərclərini azaltmasına qarşı nümayişə çıxıblar. Bu gün ölkədə 24 saatlıq tətil elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR