Türkiyə və Gürcüstan arasında viza rejimi ləğv edilir

Türkiyə və Gürcüstan arasında viza rejimi ləğv edilir
# 26 fevral 2011 10:01 (UTC +04:00)
Ankara. Mais Əlizadə - APA. Türkiyə və Gürcüstan vətəndaşları yaxın aylardan etibarən iki ölkəyə pasportla yox, şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər.

Türkiyənin diplomatik mənbələrindən APA-ya daxil olan məlumata görə, bu məsələ ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. Hər iki ölkə vətəndaşlarının müvafiq icazə olmadan digər ölkədə yaşamaq hüququ isə 1 ilə çıxarılacaq.

Məsələnin həlli üçün Gürcüstan vətəndaşlarının şəxsiyyət vəsiqələrinə ad-soyadlarının latın hərfləri ilə yazılması kifayət edəcək. Hazırda Gürcüstanın müvafiq dövlət orqanları vətəndaşların şəxsiyyət vəsiqələrinə ad-soyadların latın hərfləri ilə yazılması məsələsinin həlli ilə məşğuldurlar.

Qeyd edək ki, indiyədək Gürcüstan vətəndaşlarının müvafiq icazə almadan Türkiyədə 3 ay yaşamaq icazəsi vardı. Azərbaycan vətəndaşları isə icazə almadan Türkiyəyə giriş tarixindən etibarən bu ölkədə 2 ay yaşaya bilirlər. Yaşamaq icazəsinin müddəti keçən vətəndaşlar polisə yaxalandıqda ölkədən deportasiya edilir və onların Türkiyəyə girişinə uzun müddətli qadağa qoyulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR