Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində  Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım mərasimi  keçirilib
# 26 fevral 2011 22:58 (UTC +04:00)
Bakı-APA. Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində də “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım yürüş mitinq keçirilib.
APA-nın verdiyi xəbərə görə, yürüş zamanı “Ya Qarabağ ya ölüm”, “Qarabağ bizimdir bizim olacaq” , “Justice for Khodjaly’” və digər şüarlar səsləndirilib. Yürüşə xarici tələbələr də qoşulub. Atatürk meydanında Xocalı faciəsi qurbanlarının şərəfinə əkil qoyulub. Sonra bir dəqiqəlik sükutla onların xatirəsi yad edilib və Azərbaycanın himni səslənib. Sonra universitetin “Azərbaycan” Cəmiyyətinin vitse-prezidenti Elçin Süleymanov Xocalı ilə bağlı çıxış edib. Çıxışı zamanı Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında törətdiyi vandalizmdən, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqların dağıtmaqları, dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsindən danışıb. Eyni zamanda erməni terror təşkilatlarının 1905-1907, 1918-ci illərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, 1948-1953-cü ildə yüz minlərlə azərbaycanlının öz ata-baba yurdlarından zorla deportasiya edilməsi, 1988-ci ildə Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlıların Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər belə olsun azərbaycanlının yaşamaması barədə də ətraflı məlumat verib. Universitetin rektoru Abdullah Öztoprak öz çıxışda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri qəti şəkildə pislədi. Tədbir televiziya və başqa kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR