Türkiyənin tanınmış siyasətçisi Nəcməddin Ərbakan dünyasını dəyişib

Türkiyənin tanınmış siyasətçisi Nəcməddin Ərbakan dünyasını dəyişib
# 27 fevral 2011 12:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, o, bir müddətdir ki, müalicə aldığı Güven Xəstəxanasında bu gün günorta saatlarında ölüb. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Ərbakanın dəfn mərasimi çərşənbə axşamı keçiriləcək.

Qeyd edəık ki, Ərbakan 29 Oktyabr 1926-cı ildə Sinopda doğulub.
1970-ci ildə Milli Görüşün ilk partiyası olan Milli Nizam Partiyasını qurub. 1972-ci ildə isə o, Milli Nizam Partiyasının qapadılmasından sonra Milli Səlamət Partiyasını qurub.

1980-1987-ci illər arasında siyasətdən uzaqlaşdırılıb.

1987-ci ildə Rifah partiyasının başqanı seçilib.

1991-ci ildə bu partiyadan millət vəkili seçilib.

1995-ci ildə Türkiyənin baş naziri olub.

1998-ci ildə yenə də 5 illik siyasətdən uzaqlaşdırılıb.

2003-cü ildə Səadət Partiyasının başqanı seçilib.

2010-cu ildə yenidən partiyanın başına qayıdıb.
Evli idi, 3 övladı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR