NATO ölkələri Liviyanın silahla təchizatına embarqo qoyulmasına dair razılığa gəlib

NATO ölkələri Liviyanın silahla təchizatına embarqo qoyulmasına dair razılığa gəlib
# 22 mart 2011 18:55 (UTC +04:00)
NATO gəmiləri və təyyarələri Liviyaya silah daşınmasına nəzarət edəcək, lazım gəldikdə belə cəhdlərin qarşısını alacaq.

Silah təchizatına qadağanı beynəlxalq təşkilatlar hələ fevralın sonunda tətbiq ütməyə başlayıb. Buna səbəb Müəmmar Qəddafi rejiminin müxalifətin çıxışlarını amansızcasına yatırması olub. Sonradan bu toqquşmalar vətəndaş müharibəsinə çevrilib.

Rasmussen bildirib ki, NATO-nun növbəti hədəfi – Liviyanın hava məkanının uçuşsuz zonaya çevrilməsinin təmin olunması yerinə yetirilmiş sayılır. Baş katib NATO qüvvələrinin sonradan regionda humanitar missiyalarda iştirakını da istisna etməyib.

Rasmussenin bəyanatında o da bildirilir ki, müttəfiqlər NATO-nun Liviya üzərinə keçirilən “Şəfəq yolçuluğu” əməliyyatına rəhbərlik edib-etməməsi məsələsini də müzakirə edirlər.

Qeyd edək ki, hazırda bu əməliyyatı Böyük Britaniya, Fransa və ABŞ hərbi-hava qüvvələri həyata keçirir. Əməliyyata BMT Təhlükəsizlik Şurasının martın 17-də qəbul etdiyi qətnamədən sonra - martın 19-da başlanılıb. Qətnamə beynəlxalq ictimaiyyətə Liviyanın dinc əhalisini qorumaq üçün istənilən addımları atmağa imkan verir. Lakin qətnamədə yerüstü müdaxilələr istisna olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR