Danimarka Almaniya və İsveçlə sərhəddə nəzarəti bərpa edir

Danimarka Almaniya və İsveçlə sərhəddə nəzarəti bərpa edir
# 11 may 2011 19:56 (UTC +04:00)
Bakı-APA. Danimarka rəhbərliyi Almaniya və İsveçlə sərhəddə gömrük nəzarətini bərpa etməyə hazırlaşır. Ölkənin maliyyə naziri Klaus Yort Fredriksen dediyinə görə, bu barədə hökumət sağ partiya və hərəkatlarla razılığa gəlib.

Avropa Birliyindən olan qonşulara qarşı sərt sərhəd nəzarəti tətbiq etmək barədə planı mühacirlərə qarşı çıxış edən Danimarka Xalq partiyası və onun lideri Piy Kyaersqord irəli sürüb.

Fredriksenin sözlərinə görə, yeni sərhəd və gömrük tədbirləri 2-3 həftədən sonra tətbiq olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR