Varşavada Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri liderlərinin 17-ci sammiti keçirilir

Varşavada Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri liderlərinin 17-ci sammiti keçirilir
# 27 may 2011 14:11 (UTC +04:00)
Varşava. Nicat Mustafayev - APA. Bu gün Varşavada Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri liderlərinin 17-ci sammiti işə başlayıb.

APA-nın xəbərinə görə, zirvə toplantısında 20 ölkənin, o cümlədən Almaniya, Avstriya, Macarıstan, Sloveniya, Xorvatiya, Ukrayna, Çexiya, İtaliya, Litva, Latviya, Estoniya, Bosniya və Herseqovinanın dövlət başçıları iştirak edir.

Sammit iştirakçıları Mərkəzi Avropada son 20 ildə aparılan demokratik islahatların yekunlarını, eləcə də ərəb ölkələrindəki dəyişiklikləri müzakirə edəcəklər. Prezidentlər öz ölkələrinin transformasiya təcrübəsini digər ölkələrlə, o cümlədən Şimali Afrika dövlətləri ilə bölüşəcəklər.

Yerli vaxtla saat 19.00-da isə Avropa ölkələrinin liderlərinə ABŞ prezidenti Barak Obama da qoşulacaq. Bu, ABŞ prezidentinin avropalı həmkarları ilə bu tərkibdə ilk görüşü olacaq.

Qeyd edək ki, Serbiya və Rumıniya prezidentləri Kosovo prezidentinin tədbirə dəvət olunmasına etiraz əlaməti olaraq sammitə qatılmadan imtina ediblər. Polşa paytaxtında anti-qlobalistlərin, ekoloqların və digər təşkilatların fəallarının 11 etiraz aksiyası keçirməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR