Cəmil Çiçək Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədliyi üçün rəsmən müraciət edib

Cəmil Çiçək Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədliyi üçün rəsmən müraciət edib
# 02 iyul 2011 11:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradan millət vəkili Cəmil Çiçək Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrliyinə namizədliyi üçün rəsmən müraciət edib. APA-nın TBMM-in saytına istinadən verdiyi məlumata görə, C. Çiçək bununla bağlı müraciətini iyulun 1-də TBMM baş katibinin müavini İrfan Nəziroğluna təqdim edib.

Jurnalistlərə açıqlamasında Çiçək «Bazar ertəsindən sonra yeni bir səhifə açmağa ehtiyacımız var. Problemləri vuruşaraq deyil, müzakirə edərək həll etməliyik», - deyə bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR