Ratko Mladiç istintaqla əməkdaşlıqdan imtina edib

Ratko Mladiç istintaqla əməkdaşlıqdan imtina edib
# 04 iyul 2011 13:18 (UTC +04:00)
Bakı – APA. Bosniya və Herseqovinanın müsəlman əhalisini soyqırıma məruz qoymaq ittihamı ilə həbs olunmuş serb generalı Ratko Mladiç Haaqadakı Beynəlxalq Tribunalın qarşısına çıxarılıb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, məhkəmə iclası zamanı R. Mladiç bir neçə dəfə sədr Alfonc Orinin sözünü kəsməyə çalışıb. O, özünü günahkar sayıb-saymadığına dair suala cavab verməkdən imtina edib. Nəticədə hakim onun zaldan çıxarılmasını istəyib.

R. Mladiç istədiyi vəkillərin tribunal tərəfindən təsdiqlənmədiyi üçün istintaqla əməkdaşlıqdan imtina etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR