Bu gün Türkiyənin yeni hökumətinin tərkibi bilinəcək

Bu gün Türkiyənin yeni hökumətinin tərkibi bilinəcək
# 06 iyul 2011 03:51 (UTC +04:00)
Bakı-APA. Bu gün Türkiyə prezidenti Abdullah Gül baş nazir Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək.

Verilən məlumata görə, Çankaya Köşkündəki qəbul Bakı vaxtı ilə saat 14-də başlayacaq.

Qəbul zamanı baş nazir yeni Nazirlər Kabinetinin siyahısını prezidentə təqdim edəcək.

Həmin gün Bakı vaxtı ilə saat 15-də baş nazir Ərdoğan yeni kabineti açıqlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR