Türkiyədə terrorçularla atışmada 13 əsgər şəhid olub

Türkiyədə terrorçularla atışmada 13 əsgər şəhid olub
# 14 iyul 2011 18:26 (UTC +04:00)
APA-nın İHA agentliyinə istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 13 türk əsgəri şəhid olub, 7 əsgər isə yaralanıb. Bildirilir ki, 5 terrorçu öldürülüb.
Hadisə Diyarbəkirin Dolapdərə kəndi yaxınlığında baş verib. Təhlükəsizlik qüvvələri bölgə axtarış aparan zaman bir qrup PKK terrorçusu ilə üz üzə gəlir. Yaralanan əsgərlər vertolyotla Diyarbəkir hərbi xəstəxanasına yerləşdirilib.
Terrorçu qrupunun zərərsizləşdirmək məqsədilə bölgəyə çox sayda əsgər gətirilib. Qarşıdurmanın yaşandığı dağlıq və meşəlik əraziyə havadan vertolyotlar vasitəsilə desant yeridilib.

Bölgəyə yaxın ərazilərdə təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparılır. Türkiyə hərbiçilərin geniş miqyaslı əməliyyatı davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR