Brüsseldə ATƏT və Avropa İttifaqı təmsilçilərinin görüşü keçirilib

Brüsseldə ATƏT və Avropa İttifaqı təmsilçilərinin görüşü keçirilib
# 20 iyul 2011 13:59 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. 2010, 2011 və 2012-ci illərdə ATƏT-ə sədrlik edən Qazaxıstan, Litva və İrlandiyanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının xarici əlaqələr üzrə ali nümayəndəsi Ketrin Eşton Brüsseldə ATƏT-Aİ əməkdaşlığını müzakirə ediblər. APA-nın ATƏT-in saytına isitnadən verdiyi xəbərə görə, Litva xarici işlər naziri, ATƏT-in hazırkı sədri Audronius Ajubalis bildirib ki, Aİ və ATƏT insan hüquqlarına və qanunun aliliyinə riayət olunduğu dinc, sabit və rifaha qovuşacaq regionun dəyər və baxışları ilə bölüşür: “Əməkdaşlıq yolu ilə biz məhdud ehtiyatlarımızın düzgün istifadəsini təmin etmiş oluruq”.

Xanım Eşton və üç nazir dekabrın 6-7-də Vilnüsdə keçiriləcək ATƏT-in nazirlər səviyyəsində görüşünə hazırlıq məsələlərini də müzakirə ediblər. A. Ajubalis K. Eştonun sammitə qatılmaq niyyətini məmnunluqla qarşılayıb. Gündəlikdə duran məsələlər arasında ATƏT məkanında “dondurulmuş münaqişələr”in çözümünə yönəlmiş səylər, Belarusda insan hüquqlarının durumu və ATƏT-in Cənubi Aralıq dəniz bölgəsində demokratik proseslərə dəstəyi var.

Görüşdə ATƏT-in baş katibi Lamberto Zannier də iştirak edib. Aİ-ATƏT görüşləri mütəmadi əsasda keçirilir
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR