Gürcüstanda cinayətkarlığın sayı azalıb

Gürcüstanda cinayətkarlığın sayı azalıb
# 03 avqust 2011 21:48 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda cinayətkarlığın sayı azalıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə avqustun 3-də yeni polis ofisinin açılışını həyata keçirən Gürcüstanın DİN Vano Merabişvili bildirib. V.Merabişvili İsani-Samqori rayon polis ofisinin açılış mərasimində çıxış zamanı polis nəfərlərinin işinin azaldığını və onların əhaliyə yüksək səviyyədə xidmət etdiyini vurğulayıb. “Mən çox şadam ki, son zamanlar cinayətkarlığın sayı azalıb. Polislərin işi azalıb, onlar əhaliyə yüksək səviyyədə xidmət göstərirlər. Mən çox şadam ki, Gürcüstan dünyada cinayətkarlığın aşağı düşməsinə görə liderlərdən biri olub. Biz narkotiklə mübarizədə ciddi uğurlar qazanmışıq. Mən şadam ki, Gürcüstanda bütün cinayət hadisələri üzrə azalıma müşayiət olunur”, -nazir qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR