Sarkozi və Merkel avro zonasının hökumətini yaratmağı təklif ediblər

Sarkozi və Merkel avro zonasının hökumətini yaratmağı təklif ediblər
# 16 avqust 2011 22:50 (UTC +04:00)
Bakı-APA. Fransa və Almaniya avro zonasının iqtisadi hökumətini yaratmağı təklif edirlər. Bu barədə Parisdə Almaniya federal kansleri Angela Merkel ilə görüşən Fransa prezidenti Nikolya Sarkozi bildirib. Hökumətə dövlət və hökumət başçıları daxil olacaqlar.

Sarkozinin sözlərinə görə, Fransa və Almaniya avronu qorumaq əzmindədirlər.

17 ölkəni birləşdirən avrozona iqtisadi hökumətinin şurası ildə iki dəfə sədrin rəhbərliyi ilə toplaşacaq. Bu vəzifəyə Sarkozi və Merkel AŞ prezidenti Herman van Rompeyi təyin etməyi təklif edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR