Sarkozi: «Liviyadakı əməliyyatı Qəddafi zərərsizləşdirilənə qədər davam edəcək»

Sarkozi: «Liviyadakı əməliyyatı Qəddafi zərərsizləşdirilənə qədər davam edəcək»
# 24 avqust 2011 22:09 (UTC +04:00)
Bakı-APA. Liviya ərazisindəki hərbi əməliyyat polkovnik Müəmmər Qəddafi yerli əhali üçün təhlükə törətməyənədək davam edəcək. Fransa prezidenti Nikolya Sarkozi belə bir bəyanatla çıxış edib.

O Yelisey sarayında Liviya Keçid Milli şurasının rəhbəri Mahmud Cibrillə keçirdiyi danışıqlardan sonra bu açıqlamanı verib. «Fransa Liviyadakı əməliyyatı liviyalı dostlarımıza lazım olanadək davam etdirəcək», deyə Sarkozi bildirib.

Sarkozi həmçinin Liviya ərazisində Fransa xüsusi təyinatlılarının olmadığını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR