“Şimal axını” qaz kəmərinin rəsmi açılışı olub

“Şimal axını” qaz kəmərinin rəsmi açılışı olub
# 08 noyabr 2011 18:31 (UTC +04:00)
APA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, mərasimdə Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Günter Ottinger, Fransanın baş naziri Fransua Fiyon və Niderlandın baş naziri Mark Rutte də iştirak ediblər.

Açılış mərasimində çıxış edən D. Medvedev deyib ki, bu qaz kəməri Rusiya ilə AB arasında münasibətlərin yeni səhifəsini açacaq.

Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Serqey Kupriyanov isə bildirib ki, 2030-cu ildə Avropa qaz bazarında şirkətin payı 25-30% çatacaq.

Xatırladaq ki, bu ilin sentyabrın 6-da RF-nın Vıborq şəhərində bu kəmərin texniki açılışı keçirilib.

Rusiyanı Baltik dənizi vasitəsilə Ukrayna da daxil olmaqla bir sıra tranzit ölkələrin iştirakı olmadan Qərbi Avropa ilə birləşdirən qaz kəmərinin tutumu 27.5 milyard kub/metrdir. Kəmərin ümumi uzunluğu 1224 kilometr təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR