Qabon dövləti YUNESKO-nun hesabına əlavə 2 milyon dollar köçürəcək

Qabon dövləti YUNESKO-nun hesabına əlavə 2 milyon dollar köçürəcək
# 11 noyabr 2011 00:57 (UTC +04:00)
Bakı-APA. Qabon dövləti ABŞ-ın maliyyələşdirməni dayandırmasından sonra YUNESKO-da yaranmış böhranlı vəziyyəti düzəltmək üçün təşkilatın hesabına əlavə 2 milyon dollar köçürəcək. Bu barədə Qabonun YUNESKO yanındakı nümayəndəsi məlumat verib.

«Fələstinin YUNESKO-ya 195-ci üzv kimi qəbul olunması barədə qərar bir sıra dövlətlərin üzvlük haqqını ödəməməyinə gətirib. Qabon prezidenti Əli Bonqo YUNESKO-nun hesabına 2 milyon dollar köçürmək qərarına gəlib», deyə nümayəndə bildirib.

Madaqaskarın nümayəndəsi də ölkəsinin Qabonun nümunəsini təkrarlamaq niyyətində olduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR