Gürcüstanın Azərbaycandakı keçmiş konsulu Tenqiz Pxaladze “PİK” televiziyasında çıxış edib

Gürcüstanın Azərbaycandakı keçmiş konsulu Tenqiz Pxaladze “PİK” televiziyasında çıxış edib
# 02 mart 2012 00:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın Azərbaycandakı keçmiş konsulu (1998-2003) Tenqiz Pxaladze “PİK” televiziyasının “Demokratiyanın ərazisi” verilişində çıxış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Pxaladze qeyd edib ki, “Azərbaycan müəyyən layihələr barədə ilkin təşkilati işlər gördükdən sonra bu barədə məlumat yayır. Buna sübut “Əsrin layihəsi”nin kontraktı və digər beynəlxalq layihələrin həyata keçirilməsidir ,”- gürcü politoloq deyib.
Pxaladze bildirib ki, Azərbaycan da Gürcüstan kimi NATO ilə çoxdan əməkdaşlıq edir.
“Sadəcə olaraq, Azərbaycan bütün bunlar barədə sonradan məlumat verir. Bu gün Azərbaycanın strateji sənədlərində NATO-nun və Qərbin qüvvəsi az görünür, bu da şərq diplomatiyasının incəliyidir. Burada lakmus kağızı odur ki, Gürcüstanın NATO-ya daxil olmasında uğurları necə olacaq? Politoloq vurğulayıb ki, bu istiqamətdə Gürcüstan uğur əldə edərsə, onda Azərbaycanda və eyni zamanda Ermənistanda da vəziyyət dəyişəcək.

Gürcü politoloq çıxışında “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində necə rol oynaya bilər?” sualını da cavablandırıb. “Sözsüz ki, Gürcüstan prosesə müsbət müdaxilə edə bilər. Lakin Gürcüstanın imkanları məhdudlaşıb. Birincisi, Gürcüstanın özünün münaqişələri mövcuddur. İkincisi, Cənubi Qafqazda olan problemlər regionun çərçivəsindən kənara çıxıb. Belə ki, bu problemlərdə özünün maraqları olan xarici oyunçular var,”- T. Pxaladze deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR