Ketrin Eşton: «Rusiya ciddi siyasi islahatlar keçirməlidir»

Ketrin Eşton: «Rusiya ciddi siyasi islahatlar keçirməlidir»
# 14 mart 2012 22:42 (UTC +04:00)
Bakı-APA. Rusiya ciddi siyasi islahatlar keçirməlidir. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bu fikirdədir.

Müvafiq bəyanat bu gün Avroparlamentin Rusiyada vəziyyətə dair debatları zamanı səsləndirilib.

«Avropa Birliyinin vətəndaşları Rusiyada demokratiyanın, ədalətli seçkilərin və insan haqlarının müdafiəsinin vəziyyətindən narahatdırlar. Moskva Avropa Birliyinin böyük qonşusu və bir çox regional problemlərin həlli üzrə vacib strateji tərəfdaşdır», deyə Eşton bildirib.

AB xarici siyasət idarəsinin rəhbəri «Rusiyanın iştirakı olmadan Suriya və İran böhranları kimi bir çox problemləri həll etməyin mümkün olmadığını» vurğulayıb.

«Məhz buna görə avropalılar üçün Rusiyada əsas azadlıqlar və qanunun aliliyi sahəsindəki vəziyyət çox vacibdir. Keçirilmiş prezident seçkiləri çoxlu sayda qanun pozuntuları ilə müşayiət olunub. Ali dövlət postuna namizədlərin qələbəyə bərabər şansları yox idi», deyə Eşton bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR