Polşada baş verən yol qəzasında 8 nəfər ölüb

Polşada baş verən yol qəzasında 8 nəfər ölüb
# 29 mart 2012 03:58 (UTC +04:00)
Bakı-APA. Polşanın cənubunda iri avtomobil qəzası baş verib. Qəza nəticəsində 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Hadisə Jivets şəhərciyi yaxınlığında baş verib. Avtobusun yük maşını ilə toqquşması 7 nəfərin dərhal, bir nəfərin isə xəstəxanada ölməsi ilə nəticələnib. Avtobusda işdən qayıdan şaxtaçılar olub.

Hadisənin detalları aydınlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR