Madriddə polislə qarşıdurma zamanı 14 nəfər yaralanıb

Madriddə polislə qarşıdurma zamanı 14 nəfər yaralanıb
# 01 iyun 2012 00:46 (UTC +04:00)
Bakı-APA. Madriddə polis və şaxtaçıların qarşıdurması zamanı 14 nəfər yaralanıb. Bu barədə İspaniya televiziyası məlumat yayıb. Yaralılardan ikisi jurnalist, səkkizi polisdir.

Şaxtaçılar hökumət subsidiyalarının kəskin azaldılmasına etirazlarını bildirmək üçün 100 avtobusda Madridə gəliblər.

Sənaye nazirliyi qarşısında keçirilən nümayiş zamanı daş və fişənglərdən istifadə olunduğunu görə polis aksiyaya müdaxilə edib. İki nəfər aksiyaçı saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR