Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək III «Qafqaz –Caz Fest-2012»-də iştirak edəcəklər

Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək  III «Qafqaz –Caz Fest-2012»-də iştirak edəcəklər
# 05 iyun 2012 04:53 (UTC +04:00)
Bakı-APA. Azərbaycan musiqiçiləri Gürcüstanın paytaxtında iyunun 6-dan 9-na kimi keçiriləcək III-cü «Qafqaz – Caz Fest-2012»-də iştirak edəcəklər.
APA-nın pik.tv saytına istinadən verdiyi xəbərə görə, festivalda Gürcüstan, Almaniya, Avstriya və Ermənistandan da caz musiqiçiləri iştirak edəcək.
Qeyri kommersiya xarakterli bu festival Gürcüstan meriyası və mədəniyyət nazirliyi dəstəyi ilə keçirilir. Festivalın əsas məqsədi caz musiqisinin təbliği, musiqi və menecment sahəsində təcrübə mübadiləsidir.
Festivalın açılışını Almaniyanın “Doyçer caz” qrupu edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR