Batumidə Gürcüstan-Amerika strateji tərəfdaşlıq komissiyasının iclası keçirilib

Batumidə Gürcüstan-Amerika strateji tərəfdaşlıq komissiyasının iclası keçirilib
# 05 iyun 2012 10:01 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə - APA. Batumi şəhərində Gürcüstan-Amerika strateji tərəfdaşlıq komissiyasının iclası keçirilib. APA-nın Gürcüstan bürosunun Batumiyə ezam olunan müxbirinin məlumatına görə, iclasa ABŞ-ın dövlət katibi Hillari Klinton və Gürcüstanın baş naziri Nika Gilauri sədrlik edib. Müzakirələrdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Gürcüstanın Amerikadakı səfiri Temur Yakobaşvili, ABŞ-ın Gürcüstandakı səfiri Con Bass və digər rəsmi şəxslər də iştirak edib.

Q. Vaşadze jurnalistlərə açıqlamasında bildirib ki, toplantıda çox vacib və aktual məsələlər müzakirə olunub: “Görüşdə tərəflər arasında ikitərəfli əlaqələrin inkişafı, maliyyə-ticarət, təhsil sahələrində əməkdaşlıq və Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə edilib. Dövlət katibinin Gürcüstana səfəri bir daha təsdiq edir ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq bir prezidentin, bir partiyanın yox, iki xalqın seçimidir”.

Qeyd edək ki, bu gün Batumidə Hillari Klinton Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək. Sonra dövlət katibi müxalifət partiyalarının liderləri ilə bir araya gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR