Türkiyə Böyük Millət Məclisinin komitə sədrləri Gürcüstana səfər edib

Türkiyə Böyük Millət Məclisinin komitə sədrləri Gürcüstana səfər edib
# 09 iyun 2012 16:13 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Türkiyə Böyük Millət Məclisi (TBMM) komitələrinin sədrlərindən ibarət nümayəndə heyəti Gürcüstana səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 6 komitə sədri Gürcüstan parlamentinin spikeri David Bakradze ilə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlığın dərinləşməsi, iqtisadiyyat və mədəniyyət sahəsində məsələlər müzakirə olunub. Türkiyəli qonaqlar bu gün, həmçinin Gürcüstanın qanunverici orqanının komitə sədrləri ilə görüşəcəklər.

Məlumata görə, Türkiyə nümayəndə heyətinin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də görüşü gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR