Bu gün Fransada parlament seçkiləri keçirilir

Bu gün Fransada parlament seçkiləri keçirilir
# 10 iyun 2012 03:46 (UTC +04:00)
Bakı-APA. Bu gün Fransada parlament seçkilərinin birinci turu keçiriləcək. Seçicilər Fransa parlamentinin aşağı palatası olan Milli Məclisin 577 deputatını seçməlidirlər. Seçkilər majoritar qaydada keçirilir. Bu dəfə parlamentdəki bir yerə təxminən 11 namizəd iddia edir.

İlk turda seçilmək üçün namizəd 50%-dən çox səs yığmalıdır. Əks halda ən çox səs toplamış namizədlər iyunun 17-də ikinci turda rastlaşacaqlar.

Gözlənildiyi kimi əsas mübarizə sosialistlər və Nikolya Sarkozinin «Xalq hərəkatı uğrunda birliyi» arasında gedəcək. Son bələdiyyə, Senat və prezident seçkilərində sosialistlər qalib gəliblər. Hər hansı partiyanın təkbaşına hökumət formalaşdıra biləcəkləri inandırıcı görünmür. Görünür, «Sol cəbhə», ultrasağ «Milli cəbhə» və «Avropa Ekologiya – Yaşıllar» partiyaları da hökumət koalisiyasına daxil olacaqlar.

Fransanın baş naziri Jan-Mark Eyro seçkilərdə məğlub olacaq nazirlərin öz vəzifələrini tərk edəcəklərini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR