Almaniya hökuməti radikal islamçı qruplara qarşı mübarizəyə başlayıb

Almaniya hökuməti radikal islamçı qruplara qarşı  mübarizəyə başlayıb
# 14 iyun 2012 17:52 (UTC +04:00)
Bakı-APA. Almaniya hökuməti radikal islamçı qruplara qarşı ümummilli mübarizəyə başlayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Almaniya polisinin əldə etdiyi məlumatlara görə bu qruplar ekstremist yönümlüdür.

Almaniya daxili işlər naziri Xans-Peter Fridrix bildirib ki, vəhhabi qruplarından biri “Millatu İbrahim” dövlətin konstitusiya quruluşunun sarsıtmağa yönəlmiş fəaliyyətinə görə qadağan olub. Daha iki islamçı qrupu “Dava FFM” və “Doğru din” ilə bağlı araşdırma aparılır.

Bildirilir ki, polis Almaniyanın şəhərlərində evlərdə, mədrəsə və məscidlərdə axtarışlar aparıb.
Mayın əvvəlində Almaniyanın Bonn və Zolinqen şəhərində islamçılar və ultra sağçılar arasında toqquşmalar baş verib. Sonradan bu kütləvi iğtişaşlara və polis ilə şiddətli qarşıdurmalara çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR