Britaniya məhkəməsi Culian Assancın ekstradisiyası barədə qərarı qüvvədə saxlayıb

Britaniya məhkəməsi Culian Assancın ekstradisiyası barədə qərarı qüvvədə saxlayıb
# 14 iyun 2012 18:49 (UTC +04:00)
Bakı-APA. Britaniyanın Ali məhkəməsi WikiLeaks-ın qurucusu Culian Assancın İsveçə ekstradisia olması barədə məhkəmənin qərarına yenidən baxılmasına dair vəsatəti qəbul etməyib.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, vəsatət Culian Assancın vəkilləri tərəfindən verilmişdi.
Britaniya qanunlarına görə, Assanc 3 həftədən tez olmayaraq ekstradisiya oluna bilər.
Qeyd edək ki, İsveç öz növbəsində Culian Assancı ABŞ-a təhvil verə bilər. ABŞ-ın Federal məhkəməsi Assancı casusluqda ittiham edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR